Almaniyada atışma: Azı 6 nəfər ölüb, çox sayda yaralı var

Almaniyada atışma nəticəsində azı 6 nəfər həlak olub.
Hadisə Hamburq şəhərində baş verib.
İnsident zamanı xeyli sayda insanın yaralandığı bildirilib.
Atışma şəhərin Alsterdorf ərazisində yaşanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik açıqlanmayıb.
KİV-in məlumatına görə, cinayətkarlar qaça biliblər.
Mənbə: Oxu.Az