“Brussels Airlines”ın 4-6 həftəlik təyyarə yanacağı qalıb

brussels-airlinesin-4-6-heftelik-teyyare-yanacagi-qalib
Belçikanın bayraq daşıyıcı hava yolu şirkəti “Brussels Airlines”ın cəmi 4-6 həftəlik jet yanacağı ehtiyatının qaldığı açıqlanıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Yaxın Şərqdəki münaqişələrin neft ticarətinə təsiri və xüsusilə Hörmüz boğazı üzərindən daşımaların ləngiməsi nəticəsində yanacaq böhranı dərinləşib. Bu səbəbdən şirkət yaxın həftələrdən sonra tam gücü ilə fəaliyyətini davam etdirməyə zəmanət verə bilmir.Məlumata görə, yanacaq çatışmazlığı uçuşların ləğvinə səbəb ola bilər və belə hal baş verərsə, sərnişinlərə ödənişlərin geri qaytarılması planlaşdırılır.