Harri və Meqan III Çarlzın dəvətinə cavab vermədilər
07-apr, 08:22 142 DünyaMeqan Markl və şahzadə Harri Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə dəvətə cavab verməyiblər.
Sasseks hersoqu və hersoginyası tarixi hadisəyə dəvət aldıqlarını təsdiqləyən bəyanatdan sonra hələ ki, səssiz qalıblar.
Dəvətə cavab vermək üçün son tarix aprelin 3-ü olub. Lakin tacqoymaya cəmi bir ay qalmasına baxmayaraq, mərasimdə cütlüyün iştirak edib-etməyəcəyi hələ də bildirilməyib.
Kral sarayından da bu barədə “heç nə bilmədikləri”ni təsdiqləyiblər.
Qeyd edək ki, tacqoyma mərasimi mayın 6-da baş tutacaq.
Mənbə: Oxu.Az