Trampla Zelenski görüşəcəklər - Tarix açıqlandı

trampla-zelenski-gorusecekler
Ukrayna Prezidenti Volodimir Zelenski təxminən sentyabrın 20-si ABŞ Prezidenti Donald Trampla görüşməyi nəzərdə tutur.
“Qafqazinfo” xəbər verir ki, görüşün əsas mövzularından biri Ukraynaya Amerika istehsalı olan hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü olacaq.
“Bu ayın 20-si radələrində Trampla görüşəcəyimə ümid edirəm və Amerika HHM sistemlərinin tədarükü məsələsini qaldırmaq istəyirəm”, — deyə V. Zelenski bildirib.
Qeyd edək ki, liderlərin sonuncu görüşü iyul ayının sonunda Vaşinqtonda baş tutmuşdu.