Pentaqonun məxfi sənədləri internetə necə sızıb?
12-apr, 08:33 139 DünyaPentaqonun məxfi sənədləri “Discord” platformasında geymerlərin (oyun iştirakçıları) çat söhbətində sızmış ola bilər.
Əldə edilən məlumata görə, müzakirə zamanı geymerlər Ukrayna münaqişəsi mövzusuna toxunublar. Çat iştirakçılarından birinin dediyinə görə, naməlum istifadəçi guya məxfi sənədləri paylaşıb. O, əvvəlcə sənədlərdəki məlumatları öz sözləri ilə ifadə edib, sonra isə birbaşa mətn fayllarını göndərib.
Göründüyü kimi, bu mesajlar bir neçə həftəyə qədər çatdan kənarda diqqət cəlb etməyib. Onlar sosial şəbəkələrdə geniş şəkildə paylaşıldıqdan sonra böyük xəbər agentliklərinin maraq dairəsinə düşüb.
Sənədlərin sızması nəticədə ABŞ rəsmilərini təşvişə salıb və ABŞ Ədliyyə Nazirliyi tərəfindən bu barədə araşdırmaya başlanıb.
Mənbə: Oxu.Az