Süni intellekt Çin peyki üzərində idarəetməni ələ keçirdi
17-apr, 08:15 126 DünyaÇinli tədqiqatçılar texnologiyanın kosmosda davranışını yoxlamaq üçün eksperiment çərçivəsində süni intellektə Yer orbitindəki “Qimingxing 1” peyki üzərində tam nəzarət imkanı veriblər.
24 saat ərzində kiçikölçülü Yer müşahidə peyki heç bir əmr, təlimat və ya insan müdaxiləsi olmadan süni intellekt tərəfindən idarə olunub.
Tədqiqat qrupuna Geodeziya, Xəritəçəkmə və Uzaqdan Zondlama üzrə Dövlət İnformasiya Mühəndisliyi Laboratoriyasının alimi Vanq Mi rəhbərlik edib. Təcrübənin məqsədi süni intellektin cihazı necə idarə edəcəyini görmək olub.
Nəticədə, tədqiqat müəlliflərinin fikrincə, sistem Yer kürəsində bir neçə məkan seçib və onları öyrənmək üçün “Qimingxing 1”ə əmr verib. Bütün məkanlar hərbçilər üçün potensial maraq doğuran obyektlər olub.
Alimlər iddia edirlər ki, bu nöqtələri süni intellekt özü seçib.
Birinci belə nöqtə Çin əsgərləri ilə hərbi münaqişəyə girən alayın yerləşdiyi Hindistanın şimal-şərqindəki Patna şəhəri, ikincisi isə ABŞ hərbi gəmilərinin müntəzəm olaraq baş çəkdiyi Yaponiyanın Osaka limanı olub.
Mənbə: Oxu.Az