40-dan çox ölkə Rusiyada saxlanılan ABŞ jurnalistinin azadlığa buraxılmasını tələb edib
18-apr, 08:20 250 Dünya
40-dan çox ölkə Rusiyada casusluq ittihamı ilə həbs edilən “The Wall Street Journal”ın (WSJ) jurnalisti Evan Qerşkoviçin azadlığa buraxılmasına, həmçinin media nümayəndələrinə qarşı repressiyalara son qoyulmasına çağırıb.Bu barədə dünya ölkələrinin 3 May Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş birgə bəyanatına istinadən xəbər yayılıb.
“Biz Rusiya Federasiyasının hakimiyyətini siyasi motivlərlə həbsdə saxladıqları şəxsləri azad etməyə və söz azadlığına, o cümlədən media mənsublarına qarşı sərt basqılara son qoymağa çağırırıq”, - bəyanatda deyilir.
Qerşkoviçə dəstək bəyanatı imzalayan dövlətlər arasında ABŞ, Avropa ölkələri, Avstraliya, Kanada, İsrail, Yaponiya və Cənubi Koreya da var.
Mənbə: Oxu.Az





