Qırğızıstan latın qrafikasına keçə bilər
20-apr, 08:27 128 DünyaQırğızıstan parlamentinin deputatları Emil Toktoşev və Kamilə Təliyeva qırğız dilinin kiril əlifbasından latın əlifbasına keçirilməsini təklif ediblər.
Bu barədə Qırğızıstan Ali Şurasının mətbuat xidməti məlumat yayıb.
“Dilimizi qorumaq üçün biz latın əlifbasına keçməliyik”, - Toktoşev “Qırğızıstan Respublikasının dövlət dili haqqında” konstitusiya qanunu layihəsinin müzakirəsi zamanı deyib.
Parlamentarilərin fikrincə, bu islahat çoxdan aparılmalı idi.
Mətbuat xidmətinin məlumatına görə, müzakirənin yekunu olaraq “Qırğızıstan Respublikasının dövlət dili haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Layihə, demək olar ki, bütün fəaliyyət sahələrində sənəd dövriyyəsində qırğız dilinin məcburi istifadəsini nəzərdə tutur. Rus dilindən isə ehtiyat dil kimi istifadə olunacaq.
Mənbə: Oxu.Az