Asiyada ilk dəfə: Yaponiyada NATO ofisi açılacaq
10-may, 08:35 118 DünyaYaponiya Tokioda NATO ilə əlaqə ofisinin açılması üzərində işləyir. O, Şimali Atlantika Alyansının Asiyada ilk ofisi olacaq.
Bu barədə Yaponiyanın ABŞ-dəkı səfiri Koji Tomita məlumat verib.
O, bu barədə Vaşinqtonda Milli Mətbuat Klubunun ev sahibliyi etdiyi tədbirdə NATO-nun Asiyada ilk ofisini açmağı planlaşdırdığı xəbəri ilə bağlı jurnalistin sualını cavablandırarkən danışıb.
“Sizin qeyd etdiyiniz məsələ bizim tərəfdaşlığımızı gücləndirmək üçün üzərində işlədiyimiz işlərdən biridir”, - Yaponiya səfiri bildirib.
Əlaqə bürosunun gələn il açılması gözlənilir. Ofis Çin və Rusiyanın geosiyasi çağırışlarını nəzərə alaraq Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi NATO-nun təhlükəsizlik üzrə tərəfdaşları ilə koordinasiyaya imkan verəcək.
Mənbə: Oxu.Az