Ömər Çelik: “Milli iradəyə yaraşmayan bəyanat verdilər”
16-may, 07:56 134 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ədalət və İnkişaf Partiyasının Ali Məclisinin toplantısı keçirilib.
Partiya sözçüsü Ömər Çelik iclasdan sonra görüşlə bağlı açıqlama verib.
“Seçkilərdə 90 faizə yaxın iştirak çox vacibdir. Bu, ölkəmizdə demokratiyanın nə qədər köklü olduğunu bir daha göstərdi”, - deyə Çelik bəyan edib.
O, səslərin sayılması prosesində yalan məlumatların yayılmasına da toxunub.
“Əkrəm İmamoğlu və Mansur Yavaş “Anadolu” Agentliyinin məlumatlarının manipulyasiya olduğunu iddia etdilər. Onlar CHP adından danışarkən dedilər ki, 13-cü prezidentin adından danışırlar. Milli iradəyə yaraşmayan bəyanat verdilər. Bu, milli iradəyə zidd olaraq hakimiyyətin qəsb edilməsidir, milli iradəyə hörmətsizliyin ən parlaq nümunələrindən biridir. Sonra dedilər ki, istəklərimizi bildirdik və bizim dediklərimiz doğru olacaq. Halbuki saxta məlumatlar tək kanaldan, yəni CHP ümumi qərargahından gəlirdi. Odur ki, hər ikisi xalqdan üzr istəməlidir”, - partiya sözçüsü bildirib.
O, vurğulayıb ki, seçki ikinci turda R.T. Ərdoğanın qələbəsi ilə yekunlaşacaq.
Mənbə: Oxu.Az