Yunanıstanın baş naziri yeni hökuməti formalaşdırmaqdan imtina etdi
23-may, 08:32 116 DünyaYunanıstanın Baş naziri Kiriakos Mitsotakis koalisiya hökuməti yaratmaqdan imtina edib.
O, hazırda bunun üçün şərait görmədiyini bildirib.
Mitsotakis hökuməti qurmaq üçün mayın 22-də ona verilmiş mandatı Prezident Katerina Sakellaropuluya geri qaytarıb.
Baş nazir koalisiya yaratmaqdan imtina etməklə iyunun 25-də keçiriləcək yeni seçkilərin təşkili prosesini sürətləndirməyə ümid edir. O, rəhbərlik etdiyi Yeni Demokratiya Partiyasının yeni seçkilərdə “böyük səs çoxluğu”nu təmin edə biləcəyini düşünür.
Mandat geri qaytarıldıqdan sonra o, seçkilərdə ikinci yeri tutan keçmiş baş nazir Aleksis Tsiprasın SİRİZA Partiyasına veriləcək. Əgər koalisiya qurula bilməsə, bu iş seçkilərdə üçüncü yeri tutan PASOK Partiyasına həvalə olunacaq. Əgər partiyalardan heç biri koalisiya qura bilməsə, Sakellaropulu müvəqqəti hökuməti təyin edəcək və bir aydan sonra ölkədə yeni səsvermə keçiriləcək.
Xatırladaq ki, Yunanıstanda parlament seçkiləri mayın 21-də keçirilib. Baş nazirin partiyası səslərin sayına görə öndə olsa da, bu, təkbaşına hökumət qurmağa kifayət etməyib. Mitsotakis partiyası 40,79%, SİRİZA 20,07%, PASOK isə 11,46% səs toplayıb. Seçici fəallığı 61 faiz olub.
Bununla da, 300 yerlik parlamentdə səs çoxluğu əldə etmək üçün baş nazir koalisiya tərəfdaşları tapmalıdır.
Mənbə: Oxu.Az