Britaniyada silah ixracı 2022-ci ildə rekord həddə çatdı
23-may, 08:37 124 DünyaSilah ticarətinin kökünü kəsmək üçün çalışan Böyük Britaniyada silah ixracı ikiillik azalmadan sonra 2022-ci ildə artıb.
Ölkənin silah ixracı keçən il 8,5 milyard funt sterlinqə çatıb ki, bu da bu sahədə məlumatların yayımlanmağa başladığı 2000-ci illərin əvvəlindən bəri görülən ən yüksək səviyyədir. Ötən il silah ixracı 2021-ci ilə nisbətən iki dəfə artıb.
Böyük Britaniyanın ən çox silah ixrac etdiyi ölkə Qətər olub (2,7 milyard funt sterlinq).
Qətəri 1,1 milyard funt sterlinqlə Səudiyyə Ərəbistanı və 860 milyon funt sterlinqlə ABŞ izləyib.
Mənbə: Oxu.Az