Rusiyanın Ukraynadakı cəlladlarından biri ölkəsində 10 və 12 yaşlı qızları zorladı
24-may, 08:31 132 DünyaRusiyanın Novosibirsk şəhərində qorxunc hadisə baş verib. Belə ki, dördüncü və beşinci sinif şagirdləri olan iki qız qaçırılıraq zorlanıb.
Hadisə onlar məktəbdən çıxdıqdan sonra baş verib. 10 və 12 yaşlarında olan qızların sözlərinə görə, məktəbin yaxınlığında bir kişi onlara yaxınlaşaraq tapança və qumbara ilə hədələyib, sonra isə yaxınlıqdakı qaraja apararaq cinsi təcavüz edib.
Artıq 42 yaşlı kişi saxlanılıb. Məlum olub ki, şübhəli Sergey Ş. “Vaqner” özəl hərbi şirkətinin döyüşçüsü olub. Hadisədən bir neçə gün əvvəl həmin şəxsin müqaviləsi başa çatıb.
Qeyd olunur ki, rusiyalı artıq cinayətini etiraf edib. Onu 15 ildən 20 ilədək həbs cəzası gözləyir.
Mənbə: Oxu.Az