Yaponiyada zəlzələdə itkin düşənlər axtarılır
04-yan, 12:57 110 DünyaArtıq dörd gündür ki zəlzələlər davam edən Yaponiyanın təbii fəlakət zonasında ən azı 51 nəfər itkin düşüb.
Fövqəladə hallar, polis və ölkənin Özünümüdafiə Qüvvələrinin əsgərlərinin iştirak etdiyi ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.
Son məlumatlara görə, Yeni il günü Yaponiyanın mərkəzində baş verən silsilə güclü zəlzələlər nəticəsində ən azı 77 nəfər ölüb, 100-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. İşikava prefekturasında zəlzələlərin törətdiyi çoxsaylı yanğınlar 200-dən çox yaşayış binasını, 250-dən çox bina isə yeraltı təkanlar nəticəsində dağılıb. Eyni zamanda yerli hakimiyyət orqanları xəbərdarlıq edir ki, dağıntıların faktiki miqyası daha böyük ola bilər, çünki onlar hələ də qiymətləndirilməkdədir.
Qeyd edək ki, 30 mindən çox insan təxliyə mərkəzlərində qalmağa davam edir. Zəlzələlər başlayandan sonra ilk günlərdə Yaponiyanın mərkəzi və qərbində 60 mindən çox sakin təxliyə olunmaq məcburiyyəti ilə üzləşib. 33 mindən çox ev hələ də işıqsız qalıb, internet və mobil rabitədə fasilələr yaşanır. Bəzi kəndlərdə su və yanacaqla bağlı problemlər davam edir.
Mənbə: Oxu.az