“Bu, Makronu təşvişə salıb”
01-okt, 09:14 19 DünyaFransa Prezidenti Emmanuel Makronun hakimiyyəti yeni kabinet işə başlayandan sonra zəifləyib, üç il ərzində onu bərpa edə bilməyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən yazır.
Mənbə qeyd edir ki, prezident yayda keçirilən növbədənkənar seçkilərdən sonra yaranmış siyasi dalandan çıxmaq üçün Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnyeni baş nazir postuna təyin edib, nəticədə nə keçmiş hakim çoxluq, nə də müxalif sağ və sol qüvvələr mütləq səs çoxluğu əldə edə biliblər.
Yazıda deyilir ki, yeni hökumətin tərkibinə onun bəzi mərkəzçi tərəfdarlarının daxil olmasına baxmayaraq, Makron indi hakimiyyəti sağla bölüşmək kimi qəribə mövqe tutub.
“Yeni güc bölgüsü Makronu təşvişə salıb. O, hiss edir ki, artıq əvvəlki kimi siyasi çəkisi yoxdur. Yeni hökumət hakimiyyətə gəldikdən sonra nazirlərin qərarları əvvəlki kimi yuxarıya çatmır, onların təqdim etdiyi məlumatlar o qədər də dəqiq deyil. Nəticədə Makronun administrasiyasında “vakuum effekti” yaranıb”, - deyə nəşrdə qeyd edilib.