Aİ Ukraynaya 18 milyard avro verəcək
23-okt, 09:16 19 DünyaAvropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə edərək Ukraynaya kredit kimi 18 milyard avro verəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner danışıb.
O, həmçinin ABŞ-nin maliyyə naziri Janet Yellenin Vaşinqtonun Kiyevə Rusiyanın aktivləri hesabına 20 milyard dollar ayırmağa hazır olması barədə bəyanatını yüksək qiymətləndirdiyini vurğulayıb.