Harris məğlub olduğunu etiraf etdi
07-noy, 08:29 7 DünyaABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində məğlub olduqdan sonra ilk dəfə Vaşinqtonda tərəfdarları qarşısına çıxıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Harris seçkidəki məğlubiyyətini etiraf edərək Respublikaçı Partiyasından rəqibi Donald Trampı təbrik etdiyini, hakimiyyətin dinc yolla təhvil veriləcəyinə söz verdiyini bildirib.
“Biz bu seçkilərin nəticələrini tanımalıyıq. Bu gün əvvəlcə Trampla danışdım və onu qələbə münasibətilə təbrik etdim. Dedim ki, biz ona və onun komandasına hakimiyyətin təhvil verilməsində kömək edəcəyik və biz bu təhvil-təslimi sülh yolu ilə həyata keçirəcəyik”, - ölkənin vitse-prezidenti vurğulayıb.
O, çıxışında seçkinin nəticəsinin istədiyi kimi olmamasına baxmayaraq, dəstək verən tərəfdarlarına təşəkkür edib.