Zelenski Ukraynanın itkilərini açıqladı
03-dek, 09:36 3 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Rusiya - Ukrayna müharibəsində həlak olan hərbçilərinin sayının 80 mindən xeyli az olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Kyodo News”a müsahibəsində danışıb.
“Kimsə bu yaxınlarda, deyəsən, Amerika mətbuatında məlumat vermişdi ki, 80 min ukraynalı ölüb. Amma sizə demək istəyirəm ki, yox, daha azdır, xeyli azdır”.
Zelenskinin sözlərinə görə, söhbət məhz hərbçilərdən gedir. Çünki işğal olunmuş ərazilərdəki itkilərin miqyası hələlik dəqiq deyil.
Onun sözlərinə görə, ümumi itkilər siyahısına mülki əhali, həm hərbçilər, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları və yerli hakimiyyət nümayəndələri daxildir.
“Onların neçəsi ölüb, neçəsi itkin düşüb, neçəsi əsirlikdə zülm görüb bilmirəm. Buna görə mən yalnız ərazimizdə, nəzarətimizdə olan ərazidə qeydə alınmış hərbi itkilərdən danışıram”, - ölkə başçısı deyib.