Suriyada bayram elan edildi
09-dek, 10:03 8 DünyaSuriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası dekabrın 8-ni ölkədə milli bayram elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Bu gün şəhidlərin, qurbanların, məhbusların, köçkünlərin və məzlumların qələbə günüdür”, - müxalifətin bəyanatında deyilir.
Koalisiya hakimiyyətin keçid administrasiyasına verilməsi prosesini tamamlamaq üçün işləri davam etdirəcəklərini və yeni Suriyanın inşasında bütün ölkələrlə strateji əməkdaşlığa hazır olduqlarını bildirib.