ABŞ Ukraynaya 500 milyonluq hərbi yardım ayırıb

abs-ukraynaya-500-milyonluq-herbi-yardim-ayirib
ABŞ Ukraynaya 500 milyon dollar dəyərində əlavə hərbi yardım göndərəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin Almaniyadakı Amerikanın Ramşteyn bazasında Ukrayna üzrə təmas qrupunun iclasında bildirib.
Onun sözlərinə görə, paketə hava hücumundan müdafiə raketləri, hava-yer tipli mərmilər və döyüş sursatları, həmçinin F-16 döyüş təyyarələri üçün avadanlıqlar daxil olacaq.
Məlumata görə, Amerika rəsmiləri bunun böyük hissəsini Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər Ukraynaya köçürməyi gözləyirlər.