“Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO
11-dek, 11:09 148 Gündəm“Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda “Dünya TV”-nin efirində nümayiş etdiriləcək.
10.12.2022-ci il tarixində efirə gedən “Qanun və İcra” proqramında İcra haqqında qanunun 12-ci maddəsi, Azərbaycan Respublikası Konstutsiyasının 13, 29, 43-cü maddələri, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-maddəsi haqqında fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. “Qanun və İcra” proqramına müracət edən şikayətçi vətəndaş Elfirida Qasımovanın evlə bağlı problemi, digər şikayətçi Əfqan Məmmədovun “Azyaşlılarla (nəvələri ilə) ünsiyyətdə olmaq hüququ təmin edilmir” şikayəti dinlənəcək və hüquq yollarından danışıldı.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişdik:
1. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Xəyalə Quliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“XeberTıme.az”