BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 19 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.  
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində aksiya keçirilən ərazidən maneəsiz hərəkət edən avtomobillərin sayı 30-a çatıb.
09:50
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 7 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bundan başqa,  Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin aksiya keçirilən ərazidən hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Belə ki, 1 minik və 2 yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.