Azərbaycan xilasediciləri dağıntılar altından daha iki nəfərin meyitini çıxarıblar
09-fev, 11:52 197 Gündəm
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycan xilasediciləri tərəfindən şəhər ərazisində binaların dağıntıları altında aşkarlanan şəxslərin meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Hazırda onlar axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Təhsil - Səhiyyə
daha çoxprev
next