“İdrak” liseyində şagird müəllimi güllələdi - Direktordan açıqlama

idrak-liseyinde-sagird-muellimi-gulleledi
Bakıdakı İdrak liseyində silahlı insident baş verib.
“Qafqazinfo” Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.
Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.
Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.
Liseyin rəhbəri Mönsüm Alışov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.
“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, - deyə o əlavə edib.