ABŞ-İsrail hücumlarında Pezeşkian xəsarət alıb?

ABŞ-İsrail hücumları zamanı sui-qəsd cəhdi olduğu deyilən İran Prezidenti Məsud Pezeşkianın sağ olduğu açıqlanıb.
 Oxu.Az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
 Bildirilib ki, Pezeşkian heç bir xəsarət almayıb.
     

 İsrail İran Prezidenti Məsud Pezeşkiana sui-qəsd cəhdi edib.
 Oxu.Az-ın İsrailin "Ynet" portalına istinadən verdiyi məlumata görə, İran prezidentinin iqamətgahı da daxil olmaqla, İslam Respublikasında təxminən 30 hədəfə hücum edilib.
 Həmçinin İranın Ali Lideri Əli Xameneinin iqamətgahına və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına da zərbələr endirilib.
 Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl ölkənin Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini bildirib .