Paşinyan yenidən Baş nazir postuna namizədi oldu

                 Ermənistanda "Vətəndaş müqaviləsi" partiyasının daxili səsvermənin iki mərhələsinin yekunları açıqlanıb.
     Qaynarinfo-nun məlumatına görə, bu barədə Paşinyan sosial şəbəkələrdə yazıb.

    
Baş nazir bildirib ki, səsvermənin nəticələrinə görə onun namizədliyi hökumət başçısı postuna irəli sürülüb.

     Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

     Ölkədə son parlament seçkiləri 2021-ci ildə keçirilib.