Göygöldə ağır qəza olub - Xəsarət alanlar var
02-may, 20:04 2 Gündəm / Sosial
Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun Göygöl rayonundan keçən hissəsində olub.
İlkin məlumata görə, iki maşının toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə, 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev







