Çempionlar Liqası: Mövsümün son püşkü atılacaq
17-mar, 11:14 164 GündəmBu gün UEFA Çempionlar Liqasında 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü atılacaq.
“Report” xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutacaq mövsümün son püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk” olacaq. Yəni mübarizəni davam etdirən 8 komandanın hər biri istənilən kluba rəqib ola bilər.
1/4 finaldakı cütlüklərlə yanaşı, yarımfinalın potensial cütlükləri və finalın mümkün “ev sahibi” də müəyyənləşəcək:
“Bavariya” (Almaniya)
“Benfika” (Portuqaliya)
“Çelsi” (İngiltərə)
“İnter” (İtaliya)
“Mançester Siti” (İngiltərə)
“Milan” (İtaliya)
“Napoli” (İtaliya)
“Real Madrid” (İspaniya).
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.