Adın şərəflidir sənin ey ATA!
26-may, 15:20 9 Gündəm / Sosial
Bu gün Saray Bələdiyyəsinin sədri, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, sinəsini düşmən gülləsinə sipər edən, qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olan, vətənin igid oğlu Vidadi Zalovun atası Nizami Qurban oğlu Zalovun doğum günüdür. Şərəfli ömür yolu keçən, vətən Azərbaycan üçün qəhrəman oğul yetişdirən ATA! Bu hər şey demirmi!? Bir vaxtlar qəhrəman Vidadi atası Nizami müəllimlə fəxr edirdi. Ona bənzəməyə, atasına layiq oğul olmağa çalışırdı. Çünki Nizami Zalov fəxr ediləsi bir həyat yaşayırdı. Vaxt gəldi, zaman ötüşdü. Atasına layiqli övlad olduğunu döyüş meydanında sübuta yetirdi. Bundan böyük fəxarət, bundan böyük ucalıq nə ola bilər. Oğul atasının başını uca etdi. Ən böyük ucalığa-şəhidlik zirvəsinə ucaldı. Ata oğul itirdi, vətən Qəhrəman qazandı.
Bu gün hörmətli Nizami müəllimin köksündə ürəyi qürurla döyünür. Həm adına layiq, həm vətənə layiq oğul böyüdüb.
Hörmətli Nizami müəllim!
Doğum gününüz mübarək! Sizə uzun ömür arzulayırıq. Həm də ona görə, hörmətli əziz qəhrəmanımız Vidadi Zalovun ruhu şaddır – həm torpaqlarımızın azadlığına görə, həm də Sizin kimi bir Atası olduğuna görə.
Var olun, Allah sizi qorusun!
Böyük hörmətlə,
Hürü Hacızadə
Yazıçı-publisist
“Qızıl qələm” mükafatçısı
Fərid Faiq oğlu Səfərov
AJB-nin üzvü
Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin fəxri üzvü və komandamız heyəti





