Xalqına və dövlətinə bağlı vətənpərvər iş adamı – “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasov
29-may, 11:46 23 Gündəm / Sosial
Müasir Azərbaycanın inkişafında sahibkarların rolu olduqca böyükdür. Bu gün ölkəmizdə iqtisadiyyatın güclənməsi, yeni iş yerlərinin yaradılması, sosial layihələrin həyata keçirilməsi və vətəndaş rifahının yüksəldilməsi istiqamətində fəaliyyət göstərən iş adamları dövlətimizin inkişaf siyasətinə mühüm töhfələr verirlər. Belə sahibkarlardan biri də “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasovdur. O, həm peşəkar rəhbər, həm də yüksək insani keyfiyyətlərə malik xeyriyyəçi iş adamı kimi tanınır.
Ceyhun Abbasov rəhbərlik etdiyi “Avrora Qrup” şirkətini qısa müddətdə ölkənin nüfuzlu şirkətlərindən birinə çevirməyi bacarmışdır. Şirkətin fəaliyyəti iqtisadi inkişafla yanaşı, sosial məsuliyyət prinsiplərinə də əsaslanır. Bu isə bir daha göstərir ki, Ceyhun Abbasov yalnız biznes maraqlarını deyil, xalqın rifahını da hər zaman ön planda saxlayan rəhbərlərdən biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradılmışdır. Dövlət başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində yerli sahibkarlar daha da güclənmiş, yeni layihələrə imza atmışlar. Ceyhun Abbasov da Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasını dəstəkləyən iş adamlarından biridir. O, dövlətin milli maraqlarına daim sadiq qalaraq ölkənin sosial-iqtisadi inkişafına töhfə verməyə çalışır.
Ceyhun Abbasovun fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri onun şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə göstərdiyi xüsusi qayğıdır. Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə dəstək olmaq, qazilərimizin problemləri ilə maraqlanmaq hər bir vətəndaşın mənəvi borcudur. Ceyhun Abbasov bu müqəddəs missiyanı daim diqqətdə saxlayan insanlardandır. O, müxtəlif sosial aksiyalar, yardımlar və humanitar layihələr vasitəsilə şəhid ailələrinin və qazilərin yanında olur, onların problemlərinin həllinə dəstək verir.
Xüsusilə bayram günlərində aztəminatlı ailələrə göstərilən yardımlar, ərzaq sovqatlarının paylanılması və sosial layihələrin həyata keçirilməsi onun humanist xarakterindən xəbər verir. Bu cür addımlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və insanlar arasında həmrəylik hissinin güclənməsinə xidmət edir.
Ceyhun Abbasovun rəhbərlik etdiyi şirkətin fəaliyyəti həm də milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilir. O, daim Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli birlik və vətənpərvərlik ideyalarının təbliği istiqamətində təşəbbüsləri dəstəkləyir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır, ölkəmizin beynəlxalq nüfuzu daha da artır. Belə bir dövrdə dövlətinə və xalqına sadiq sahibkarların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Məlumdur ki, iş adamının nüfuzu yalnız qazandığı maddi uğurlarla ölçülmür. Əsl nüfuz insanlara göstərilən münasibət, xeyirxahlıq və vətəndaş məsuliyyəti ilə formalaşır. Ceyhun Abbasov da məhz bu xüsusiyyətləri ilə insanların rəğbətini qazanan şəxsiyyətlərdəndir. Onun həyata keçirdiyi sosial layihələr, ehtiyacı olan insanlara göstərdiyi qayğı və dövlətçilik mövqeyi nümunəvi fəaliyyət kimi qiymətləndirilir.
Bu gün Azərbaycan sürətlə inkişaf edən və güclənən dövlətdir. Dövlətimizin iqtisadi qüdrətinin artmasında özəl sektorun və sahibkarların xüsusi rolu vardır. “Avrora Qrup” kimi şirkətlərin fəaliyyəti ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verir. Bu uğurların arxasında isə peşəkar idarəçilik, məsuliyyət və xalqa xidmət prinsipləri dayanır.
Ceyhun Abbasovun fəaliyyəti bir daha sübut edir ki, sahibkarlıq yalnız biznes fəaliyyəti deyil, eyni zamanda cəmiyyət qarşısında böyük məsuliyyətdir. İnsanlara dəstək olmaq, ehtiyacı olan ailələrin yanında dayanmaq, şəhid ailələrinə və qazilərə qayğı göstərmək yüksək mənəvi keyfiyyətlərin göstəricisidir. Bu isə hər zaman cəmiyyət tərəfindən təqdir olunur.
Sonda “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasovu qarşıdan gələn müqəddəs Qurban bayramı və 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, fəaliyyətində yeni uğurlar arzulayırıq. Qoy Uca Allah xalqımıza daim əmin-amanlıq, firavanlıq və birlik bəxş etsin. Azərbaycan dövlətçiliyi əbədi və sarsılmaz olsun!
Səxavət Nur





