Dairəvi yolda yük maşını aşdı - Tıxac yarandı
17-avq, 11:08 3 Gündəm
Paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi yolda qəza baş verib.
“Qafqazinfo” Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hadisə səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.





