Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu və sədri müavini Lalə Həşimova Vətən müharibəsinin qəhrəmanı şəhid Hacıyev Elmaz Elmar oğlunun anım gününə həsr olunmuş tədbirdə iştirak ediblər
09-may, 21:11 199 Gündəm / CəmiyyətÖncə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub və önünə tər çiçəklər düzülüb.
Şəhidin məzarı başında Vətən uğrunda gedən döyüşlərdə onun göstərdiyi igidlikdən və vətənə olan sevgisindan danışılıb.
Daha sonra şəhidin ev muzeyi ziyarət olunub. Tədbirdə çıxışı zamanı Birlik sədri tərəfindən şəhidin ailəsinə hörmət və ehtiramla mənəvi dəstək göstərilib, təşkilat adından " Zəfər Diplomu" şəhidin anasına təqdim olunub. Təşkilat adından anaya üzvülük vəsiqəsi və xüsusi hədiyyə verilib.
Tədbirdə şəhid anaları, QHT nümayəndələri və ictimai fəallar iştirak ediblər.
Allah rəhmət eləsin.
Fərid Səfərov
Birliyin mətbuat katibi
Share
Tweet
Share