MÜHARİBƏ ƏLİLLƏRİNƏ, VETERANLARINA PSİXOLOJİ-REABİLİTASİYA  VƏ SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ DƏSTƏK

MÜHARİBƏ ƏLİLLƏRİNƏ, VETERANLARINA PSİXOLOJİ-REABİLİTASİYA  VƏ SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ DƏSTƏK“Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsində qaldırılmış mövcud problemlər haqqında qeyd etmək istəyirik ki, şəhid ailələrinin, müharibə əlillərinin tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını  ar¬tır¬¬maq məqsədi ilə, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən  fərman və sərən¬camlarla davam etdirilir. Amma  təəssüflər olsun ki, müharibə əlillərinin və veteranların əksəriyyəti son illər Cənab Prezident tərəfindən imzalanmış Fərman və Sərəncam haqqında qanunları bilmədikləri üçün, onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək tibbi-sosial problemlərlə üzləşirlər.
       Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Bu səbəbdən də onlarda yeni-yeni xoşagəlməz xəstəliklər yaranaraq vaxtsız dünyalarını dəyişirlər.    
      Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların yaranmış tibbi-sosial problemlərinə biganə qalmamalıyıq. Buna görədə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu günümüzün vacib və aktual məsələlərindən biri olan, “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsini həyata keçirdir.
      Həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi-reablitasiya və sosial təminat hüquqlarını aidiyyəti olan Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərməkdir.
      Layihəsi çərçivəsində müharibə əlilləri və veteranlar arasında psixoloji gərginliyi artmış insanlara köməklik göstərmək məqsədi ilə hüquqi yardım xidməti və psixoloji-reabilitasiya kursları təşkil edilərək intihar hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri apararaq, onlara cəmiyyətdə psixoloji və fiziki maneələrin minumuma çatdırılması üçün tibbi məsləhətlər verilərək köməklik edilmişdir. MÜHARİBƏ ƏLİLLƏRİNƏ, VETERANLARINA PSİXOLOJİ-REABİLİTASİYA  VƏ SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ DƏSTƏK
      Layihə çərçivəsində layi¬hənin hüquqşunası tərəfindən 2 günlük pulsuz hüquqi yardım xidməti təşkil edilərək, 60 nəfər müharibə əlillərinə və veteranlaa sosial və tibbi problemlə¬ri ilə əlaqədar və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında elektron xidmət vasitəsi ilə əlilliyinə təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” barəsində  ətraflı izahatla məlumat verilərək hüquqi yardım xidməti göstərildi.
       Layihə çərçivəsində həmçinin layi¬hənin həkim psixoloqu tərəfindən 2 günlük pulsuz psixoloji-reabilitasiya kursları təşkil edilərək, lahiyəyə müraciət etmiş psixoloji gərginliyi artmış 30 nəfər müharibə əlilləri və veteranları həkim psixoloq tərəfindən ayrı-ayrıca tibbi-psixoloji söhbət edilərək, intihar hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri apararaq, onlara cəmiyyətdə psixoloji və fiziki maneələrin minuma çatdırılması üçün tibbi məsləhətlər verilərək köməklik göstərildi.
       Həyata keçirilən, “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsində qaldırılmış Vətən müharibəsinində sağlamlığını itirmiş müharibə əlillərinin və veteranlarının sosial və tibbi problemlə¬ri ilə əlaqədar görülən işlər ictimayyət tərəfindən məqsədə uyğun hesab edilərək müsbət qiymətləndirildi.
       Müharibə şəraitində olan ölkəmizdə vətəndaşların şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına  qarşı göstərdikləri diqqət və qayğı böyüməkdə olan yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmalarına dahada müsbət təsir  göstərəcəkdir.  
      “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsini və şəhid aillərinə, müharibə əlillərinə, veteranların tibbi-sosial problemlərinin həllinə dəstək  məqsədi ilə həyata keçirilən digər layihələrin maliyələşdirdiyinə görə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər“ Fondunun üzvüləri adından, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürümüzü bildiririk.  
 
            “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və
             sosial problemlərinin həllinə dəstək”  layihəsinin rəhbəri,
            Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər”
             Fondunun vise-prezidenti Rasim Mirzəyev                                              30 sentyabr 2023-cü il.