Turan-Türk Dövlətləri Vetetanlar Birliyi yaradıldı
02-noy, 14:17 136 Gündəm / DünyaQazaxstan Respublikasının Almatı şəhərində Türkiyə, Azərbaycan və Qazaxstan veteranlarının Turan-Türk Dövlətləri Veteranlar Birliyinin yaradılması barədə 1-ci Beynəlxalq Forum keçirildi. Möhtəşəm qardaşlıq və birlik şüarı altında keçirilən tədbirdə Türkiyənin Almatı şəhərindəki Konsulunun müavini Evren Müderrisoğlu, Azərbaycanın Almatı şəhərindəki Konsulu Anar Hüseynzadə,
Türkiyə Muharib Qaziləri Dərnəyinin Başqanı Beyazit Yumuk, Türkiyə Harb Malulu Qazi, Şəhid ailələrinin və Yetimlər Dərnəyi Başqanı Mystafa Işıq, Qazaxstan Respublikası Veteranlar Birliyinin Sədri Murad Myxamedjanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin səlahiyyətli nümayəndəsi Elmar Hüseynov, Qazaxstan Respublikasında Azərbaycan Diasporunun Assambleyası sədr müavini Allahverdi Məmmədov, Azərbaycan Diasporunun Almatı şəhəri üzrə sədri Qəhrəman Sadıyev,
Qazaxstan Respublikasının "Generallar Şurası"-nın Sədri general-mayor Tulegenov Mahmud Ötegenoğlu, Azərbaycan Milli Akademiyasının elmi işçisi, dosent Faiq Ələkbərov, Jurnalist Həcər Abbaslı, İş adamı Tanrıverdi Hacıyev, Almatı şəhərində yaşayan Türkiyə, Azərbaycan ictimai fəalları, iş adamları, Qazaxstanın müxtəlif vilayətlərindən gələn Veteranlar iştirak etdilər. Tədbirdə Anar Hüseynzadə, Mahmyd Tulegenov, Elmar Hüseynov, Murad Muhammedjanov, Qəhrəman Sadıyev, Aliyə Muhamedjanova çıxış etdilər. Onlar Turan-Türk Dövlətləri Veteranlar Birliyinin yaranmasını alqışladılar. Gələcəkdə bu Birliyə Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin də daxil olmasını arzuladılar. Qazaxstan və Azərbaycan veteranları arasında ikitərəfli Beynəlxalq müqavilə imzalandı.
Fərid Səfərov
AJB-nin üzvü