Cənubi Koreya Sarı dənizdə cavab atəşi təlimləri keçirəcək
05-yan, 13:02 141 Gündəm / Dünya
Bu barədə mənbələrə istinadən Yonhap agentliyi məlumat yayıb.
Təlimlərdə Yeonpyeondo və Penendo adalarında yerləşən bölmələrin iştirak edəcəyi gözlənilir.
09:56
Şimali Koreyanın sahil artilleriyası Cənubi Koreyanın Sarı dənizdə yerləşən adalarına doğru 200-dən çox mərmi atıb.
Məlumata görə, Cənubi Koreyalı mülki şəxslər və hərbçilər arasında itki yoxdur. Mərmilər Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinin yaxınlığına düşüb. Cənubi Koreya ordusunun verdiyi xəbərə görə, onlar cavab tədbirləri görürlər.
Bildirilir ki, bundan əvvəl 2010-cu ildə Şimali Koreya artilleriyasının atəşinə məruz qalan Cənubi Koreyanın nəzarətində olan Yeonfendo adasının sakinlərinə Pxenyandan “mümkün təxribat” fonunda dərhal təxliyə əmri verilib. Həmçinin Pannendo adasında da təxliyə elan edildiyi bildirilir.
Mənbə: Yonhap
Təhsil - Səhiyyə
daha çoxprev
next