Pakistanda yeni baş nazir seçiləcək
29-fev, 20:25 93 Gündəm / DünyaPakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) üzvləri bazar günü ölkənin yeni baş nazirini seçəcəklər.
Bu barədə Milli Assambleyanın Katibliyi məlumat yayıb.
Məlumata görə, yeni hökumət başçısının müəyyənləşməsi üçün seçkilər martın 3-də keçiriləcək.
Bu vəzifə uğrunda Milli Assambleyaya seçkilərdə müstəqil namizəd kimi qalib gələn Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif və Ədalət Hərəkatının yüksək vəzifəli funksioneri Ömər Əyyub Xan mübarizə aparır.
Cümə axşamı 16-cı Milli Assambleyanın ilk iclası keçirilib və bu iclasda yeni seçilmiş deputatlar and içib.
Qeyd edək ki, parlamentdəki hakim koalisiyaya Pakistan Müsəlman Liqası rəhbərlik edir.
Mənbə: TASS