Çempionlar Liqası: 1/8 final mərhələsinə bu gün keçiriləcək iki oyunla yekun vurulacaq

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.
Oxu.Az-ın məlumatına görə, bu gün mərhələnin son iki cavab oyunu keçiriləcək.
İtaliya A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”nun qonağı olacaq. İlk görüşdə 1:0 hesablı qələbə qazanan milanlılar bu üstünlüyü səfərdə qorumağa çalışacaqlar.
Digər cütdə Almaniya “Borussiya”sı Dortmundda Niderland təmsilçisi PSV-ni qəbul edəcək.
Qeyd edək ki, buna qədər “Real”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
14 mart
00:00. “Atletiko” (İspaniya) – “İnter” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid, “Metropolitano” stadionu
İlk oyun - 0:1.
00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland)
Baş hakim: Daniele Orsato (İtaliya).
Dortmund, “Siqnal İduna Park” stadionu
İlk oyun - 1:1.