Həssas əhali qruplarinda məşğulluğun artırılması istiqamətində peşə kursları təşkil edildi
27-may, 18:27 88 GündəmAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Orta qrant müsabiqəsinin qalibi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi “Həssas əhali qruplarında məşğulluğun artırılması: peşə kurslarının təşkili” mövzusu üzrə 01.05.2024-cü il tarixdən 31.10.2024-cü il tarixinədək layihə həyata keçirir. Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə haqqında ictimai birliyin sədri, layihə rəhbəri Mehdi Mehdiyevin müsahibəsini sizlərə təqdim edirik.
Layihənin həyata keçirilməsi ideyası təməli ulu öndərimiz tərəfindən qoyulmuş və onun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezudenti İlham Əliyev cənablarının uğurla həyata keçirdiyi sosial siyasət, o cümlədən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına, onların ailə üzvlərinə və sosial durumları zəif olan ailələrə göstərdiyi diqqət və qayğıdan irəli gəlir.
Bu siyasətin davamı olaraq Dövlət Məşğulluq Agentliyi sosial durumu zəif olan insanları özünəməşğulluq proqramlarına cəlb edir, sosial müavinətlər verilir və müxtəlif maddi yardımlar göstərir.
Təşkilatımıza daxil olan müraciətlərə əsaslanaraq nəticəyə gəlmək olar ki, bu kateqoriyadan olan insanların müəyyən hissəsi özünəməşğulluq proqramı çərçivəsində fəaliyyətlərini obyektiv və subyektiv səbəblərə görə davam etdirə bilmirlər.
Bu baxımdan belə bir layihənin həyata keçirilməsi zamanın tələbidir.
Layihə çərçivəsində 5 ay ərzində “Veb-saytların yaradılması”, “İnteryer dizayn” və 2 ay müddətində “Rəqəmsal marketinq” ixtisasları üzrə peşə kursları təşkil olunacaq. Kursu müvəffəqiyyətlə bitirənlərin işlə təmin olunmalarına köməklik göstəriləcək. Kurslara həssas qrupa aid insanlar və onların ailə üzvlərinin qəbul edilməsi nəzərdə tutulur.
Peşə kurslarını müvəffəqiyyətlə həyata keçirmək məqsədi ilə təcrübəli təlimçilər cəlb olunub. Təlimçilər Namiq Nəcəfov “Veb-saytların yaradılması”, Xanımzər Məmmədova “İnteryer dizayn”, Nərmin Tağıyeva “Rəqəmsal marketinq” kurslarını tədris edəcəklər.
İnanıram ki, bu kursları uğurla başa vuranların bir hissəsi cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad edilmiş rayonlarda öz karyeralarını davam etdirəcəklər.
Kurslara qeydiyyat 31 may 2024-cü ilə qədər davam edəcək.
Hazırladı Vətən Naminə mətbuat xidməti