Qara Abdullayev: Möhtərəm Prezidentimiz cənab İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Liderdir
17-noy, 11:01 247 Gündəm / SiyasətNəsimi Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev - İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü olmuşdur. Bu çox tarixi bir məsələdir. Biz Ərəb dövlətləri təşkilatını və digər qrupları görmüşdük. Amma indi isə Türk Dövlətləri Təşkilatı da yarandı. Yəni burada həmin dövlətlərin məhz türk dövlətləri olması ehtiva olunur. Həm də bu hüquqi sistemin hissəsi olan bir təşkilat kimi qəbul olunur. Şübhəsiz ki, diqqət etsək bu hazırlıqlar məhz Azərbaycan Respublikasının Türkdilli Dövlətlərə Əməkdaşlıq Şurasına rəhbərliyi dövründə həyata keçirilir. Türkmənistanın özünün müşahidəçi kimi iştirak etməsi də məhz Azərbaycanın sədrliyi dövründə baş verib. Yəni bu komponentlər, bu tərkib hissələrinin inkişafı bizim üçün bu gün tarixi hadisənin baş verməsinə səbəb oldu. Türkdilli Dövlətlərin Təşkilatı yarandı. Bu çox xoş haldır ki, cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Ali Baş Komandan elan etdi. Bununla da ona türk dünyasının nişanını verməklə bütün türk dünyası qarşısında onun xidmətlərini qeyd etdi. Həqiqətən də məhz Qarabağdakı zəfər əslində tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin zəfəridir. Eyni zamanda qeyd olunduğu kimi Zəngəzur dəhlizinin açılması da türk dövlətlərini bir-birinə bağlayan çox ciddi amillərdən biri olacaqdır.
Azərbaycan tərəfi sədrliyi dövründə çox ciddi çalışdı. Bu heç kəsə sirr deyil ki, Mərkəzi Asiya ölkələri bu məsələyə biraz ürkək yanaşırdı. Məhz bu birlik, bu təşkilat da Türkiyə və Azərbaycan dostluğunun, əməkdaşkığının üzərində qurulub. Şübhəsiz ki, bu iki dövlətin xidmətləri çox yüksək qiymətləndirilir. Azərbaycanın rəhbərliyi dövründə bütün sahələr üzrə yaratdığı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edirdi. Çünki Azərbaycan təşəbbüsləri ilə yalnız mədəni birlik kimi deyil, eyni zamanda siyasi, iqtisadi cəhətdən də bu təşkilat inkişaf etmiş oldu. Ona görə də Ali Baş Komandana hamısı dəstək verdi. Məhz bunun nəticəsidir ki, bütün dövlətlərin rəhbərlərinin birgə qərarı ilə Azərbaycan dövlətin başçısı təltif olundu. Hələ bu gün başqa dövlətlərin tərkibində duran Rusiyada, Çində yaşayan türk xalqları və digər dövlətlərdə olan türk xalqları onlar üçün günəşin İstanbuldan doğduğunun fərqindədirlər. Bu günəşin doğmasında da Azərbaycanın xüsusi rolu vardır.