Daha bir nəfər dənizdə batdı


Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə bir nəfər batıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralıda, nəzarətsiz ərazidə baş verib. FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.