TƏRLAN KƏLBİYEV İNTİHAR EDİB, YOXSA ONU ÖLDÜRÜBLƏR?
25-iyn, 14:50 198 Gündəm / KriminalLənkəran rayonunun Diryan kəndində bədbəxt hadisə baş verib. Belə ki, 11iyun 2024-cü il tarixində həmin kəndin sakini Tərlan Əfqan oğlu Kəlbiyevin meyiti bu yaşayış məntəqəsinə gedən yolun 2-ci kilometrliyində, təqribən həmin yoldan 15 metr aralıda yerləşən ağacdan asılmış vəziyyətdə, dizləri yerə qatılmış halda aşkar olunub.
Tərlan Kəlbiyevun yaxin qohumları və onun cansız bədənini görən Diryan kənd sakinlərinin qənaətinə görə, Tərlan heç də intihar etməyib, onu öldürüblər. İzi itirmək məqsədilə daha sonra meyiti ağacdan asıblar.
Məlumat üçün bildirək ki, 2002- ci il təvəllüdlü Tərlan Kəlbiyev ailənin yeganə övladıdır. O, orta təhsil aldıqdan sonra Lənkəran Peşə Liseyində qaynaqci peşəsinə yiyələnib. İki il peşəsi uzrə Lənkəran rayonunda işlədikdən sonra gözlərinin görmə qabiliyyəti zəiflədiyi üçün qaynaqçılıq fəaliyyətini dayandırıb, Bakı şəhərində şirkətdə fəhlə işləyib.
7 iyun 2024- cü il tarixində Lənkərana gələn Tərlan köhnə iş yoldaşı Amalla rastlaşıb. Onunla birlikdə Lerikdəki istirahət mərkəzlərinin birində 2 gün qaldıqdan sonra Amalla birgə onun maşınında Lənkərana qayıdıb. Saat 3 radələrində Amaldan ayrılarkən ona bildirib ki, şəhərin Qala Cay evində bir nəfərlə vacib görüşü var. Sonra Tərlanın mobil telefonundan Amala bir sira mesajlar gəldikdən sonra həmin gün daha Tərlan zəng çatmayıb. Tərlanın yaxin qohumlarının və hadisəni görən şahidlərin sözlərindən, eyni zamanda həm də hadisə yerində çəkilmiş foto şəkildən belə nəticəyə gəlmək olur ki, Tərlan intihar etməyib.
Sözu gedən hadisə ilə bağlı Lənkəran rayonunun hüquq mühafizə orqanları tərəfindən zəruri araşdırmalar aparılır.
Zahid Həbiboğlu.