İlham Cəmiloğlu vəfat etdi
20-avq, 11:35 190 Gündəm / Sosial
Jurnalist İlham Cəmiloğlu vəfat edib.“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Bildirilib ki, İ.Cəmiloğlu ötən gün gecə saatlarında ürəktutmadan dünyasını dəyişib.
Qeyd edək ki, uzun müddət media sahəsində fəaliyyət göstərən İlham Cəmiloğlu (Xudiyev) hərbi jurnalist olub. O, SSRİ dövründə Xankəndi radiosunun azərbaycanlı aparıcısı idi.





