Azərbaycanda bu yanacaqdoldurma məntəqələri bağlandı
22-avq, 11:07 24 Gündəm“MSDIS Holding”ə məxsus “MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) bir qismi bağlanıb.
“Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, “MS Oil” Nərimanov, Səbail və Abşeron rayonunun Mehdiabad qəsəbəsində və daha bir neçə ünvanda öz fəaliyyətini dayandırıb.
Məlumat üçün bildirək ki, “SOCAR” brendli YDM-in Şıxovdakı ünvanda avqustun 10-da, Nərimanovdakı ünvanda isə avqustun 13-də açılışı olub. Bununla da, ölkə ərazisində “SOCAR” brendli YDM-lərin sayı 62-yə çatıb.
Əvvəllər “MS Oil”in Bakı və regionlarda benzin, dizel və qaz yanacağının satışını həyata keçirən 12 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib.