Onlar Bakıda bir araya gələcək - “Mayot. Ölüm adası” təqdim olunacaq
31-avq, 12:31 29 Gündəm2-3 sentyabr tarixlərində Bakı şəhəri növbəti dəfə müstəqillik uğrunda mübarizə aparan xalqlara qucaq açacaq, Müstəmləkəçilikdən Azad Dünyanın diqqət mərkəzinə çevriləcək.
Bu dəfə Fransanın neokolonial siyasətindən əziyyət çəkən müstəqil Qəmər Adaları İttifaqı dövləti, habelə Fransa tərəfindən işğal edilmiş Qəmər Adalarının tərkib hissəsi olan Mayot adasının ictimai-siyasi xadimləri, diplomatlar, elmi dairələrinin nümayəndələri qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyalarının üzvləri Bakıda bir araya gələcək.
“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində qonaqlar bir sıra ikitərəfli görüşlər keçirəcək, həmçinin Nizami Kino Mərkəzində Qəmər Adaları İttifaqının Mayot adasına həsr edilmiş “Mayot. Ölüm adası” adlı qısametrajlı filmin nümayişində iştirak edəcək.
Tədbirdə Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov, filmin hazırlanmasında iştirak etmiş “CBC TV” kanalının nümayəndəsi, eləcə də qonaqlar çıxış edəcəklər.
Qeyd edək ki, “Mayot. Ölüm adası” qısametrajlı filmdə Qəmər Arxipelaqının çağdaş dövrdə üzləşdiyi çağırışlar və işğalın nəticələrindən bəhs edilir. Fransanın işğal etdiyi Mayot adasında yoxsulluq səviyyəsində yaşayan yerli sakinlərlə Fransadan buraya köçürülmüş zəngin fransızlar arasında həyat seəviyyəsinin fərqi filimdə aydın şəkildə göstərilib.