Siyəzən rayonunda sahibkar İmamcan Əliyevə qarşı qanunsuzluqlar.


Hörmətli oxucular, saytımıza daxil olan şikayətdə qeyd olunur ki, sahibkar Əliyev İmamcan Xancan oğlunun dediyinə görə, " O, 2004-cü ildə Siyəzən şəhərində torpaq sahəsi alaraq , yerində mağaza inşa etdirmişdir. Mağaza məktəb ləvazimatları satışı üçün fəaliyyət göstərib. Sözügedən mağazanın qapısı və 2 pəncərəsi Siyəzən şəhər, 6 saylı məktəb - liseyin həyətinə tərəf açılır. 
    Sahibkar İmamcan Əliyev qeyd edir ki, mağaza 15 ildir ki, fəaliyyət göstərir, bu illər ərzində həm valideynlərin, həm də şagirdlərin rəğbətini qazanıb.
    Yeni dərs ilinin başlanmasından 2 gün öncə Siyəzən şəhər, Təhsil şöbəsinin göstərişi ilə sözügedən mağazanın məktəbə tərəf açılan qapı və pəncərələri bağlanılıb.
    İmamcan Əliyev onu da qeyd edir ki, mağazanın işləməsi üçün Siyəzən şəhər 6 saylı məktəb ondan müqavilə əsasında haqq tələb edir.
    Hörmətli oxucular, şikayətçi İmamcan Əliyevin obyektiv çəkilən video yazısını sizlərə təqdim edirik:
    
        
     
    Eyni zamanda qarşı tərəfin mövqeyini də gözləyirik.
     
    YeniAN.az