Azərbaycanın gələcəyi Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır



Fərid Şərifov Şərif oğlu 11 oktyabr 1997 ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.2004-cü ildə Bakı şəhəri Xətai rayon 269 saylı orta məktəbə daxil olub 2015 ci ildə həmin məktəbi bitirib.2015 ci ildə Dağıstan Dövlət Universitetinin maliyyə iqtisadiyyat ixtisasına qəbul olub.
Qeyd İB üzvü və könüllüsüdür. İrəli İctimai Birliyinin üzvüdür.İDEA,Gənclər və İdman Nazirliyinin,Böyük Qayıdış Gənclər Təşkilatının,Xətai Rayon İcra hakimiyyətininin könüllüsüdür.Eyni zamanda YAP da üzvdür.Ümummilli lider Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdi. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”. Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda  dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı  qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur.Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Azərbaycan adlı gəminin kapitanı olan İlham Əliyev bu gəmini nəhəng dalğalardan, sualtı qayalardan ustalıqla keçirərək daim irəli aparır. Bir neçə ildir sosial, siyasi, iqtisadi, hərbi və s. sahələrdə radikal islahatlar vasitəsilə çox böyük dəyişikliklər həyata keçirən Prezident İlham Əliyev ölkəmizi beynəlxalq reytinq cədvəllərində ön cərgələrə qaldırıb. Həyata keçirdiyi islahatlar cəmiyyətdə çox ciddi nəticələr doğurduğu üçün xalqın dəstəyini birmənalı şəkildə əldə edə bilib.Heydər Əliyevin vəsiyyəti həyata keçdi – Qarabağ azad oldu.Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. 30 ilə yaxındır ki, “Qordi düyünü”nə çevrilmiş Qarabağ problemini dahi siyasətçi İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə uğurla apardığı Vətən müharibəsilə 44 günə həll etdi. Xalqımızın ən ağrılı və ən böyük problemi olan Qarabağ münaqişəsi Azərbaycan ordusunun gücü ilə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xeyrinə başa çatdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir.Prezident İlham Əliyev: Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir.Azərbaycanın Silahlı Qüvvələri ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə birinci xanım Mehriban Əliyeva ilə birlikdə növbəti dəfə Şuşaya səfəri çərçivəsində keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimindəki çıxışında Vətən müharibəsində əldə olunan Zəfərin önəminə bir daha diqqət çəkərək deyib: “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik”.
44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbə ədalətin təntənəsidir.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə "Gülüstan” sarayında Azərbaycan Ordusunun bir qrup rəhbər və şəxsi heyəti ilə olan görüşdə səsləndirdiyi fikirlər Azərbaycan vətəndaşı olaraq hər birimizi bir daha qürurlandırdı.Ali Baş Komandanımızın da söylədiyi kimi: "İkinci Qarabağ müharibəsi o müharibədir ki, Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.Azərbaycanda və onun hüdudlarından kənarda Prezident İlham Əliyev Qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi böyük nüfuz sahibidir.Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Onu qeyd etməyi lazım bilirik ki, təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində birinci yerlərdən də yox, elə, birinci yerdə durur, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir. O konsepsiyanın tərkib hissəsində təhsilin bütün pillələri əks olunur və onu əlavə edək ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ali təhsilin inkişafı əsas prioritetə çevrilmiş, insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Bunlardan əlavə, yüksək keyfiyyətli ali təsil verən yeni baza ali təhsil müəssisələri yaranıb. Azərbaycanda ən müasir tələblərə cavab verən ADA Universiteti, Bakı Ali Neft Məktəbi bu gün təkcə ölkəmizdə deyil, dünyada söz sahibi olan təhsil ocaqlarından sayılır. Həmçinin dünyada tanınan, mütərəqqi ənənələri olan, öz nüfuzuna görə seçilən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti kimi qocaman ali məktəblərin Bakı filialları yaradılıb.Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin genişspektrli inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilimizin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Prezident İlham Əliyev Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycan inkişafdadır: “Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır.Prezident İlham Əliyev xalqı və dövləti üçün misilsiz xidmətlər göstərən tarixi şəxsiyyətlər sırasına öz adını qızıl hərflərlə yazdı.
Prezident  İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu amil dayanır ki, güclü dövlət, yüksək rifah həyata keçirilən siyasətin əsasını təşkil edir.Mehriban xanım Əliyevanın xeyriyyəçilik əməlləri humanizm prinsiplərindən qaynaqlanır.Dünyada gedən qloballaşma prosesində milli-mənəvi dəyərlər qorunub-saxlanılır və milli özünüdərk, milli ideologiya və azərbaycançılıq məfkurəsi əsas aparıcı xətt olaraq təbliğ edilir. Bu prosesdə Heydər Əliyev Fondu, qeyri-hökumət qurum olaraq, əhəmiyyət kəsb edən layihələrə imza atır. Fond Azərbaycan tarixi və mədəni abidələri, xalçaçılıq sənəti, muğam sənəti və s. ətrafında təbliğat işləri aparır, dünyanı mədəni irsimizlə tanış edir və onun inkişafına çalışır.Heydər Əliyev Fondunun Azərbaycan musiqisinə - muğamına olan diqqəti və təbliği sayəsində bu janr özünün yeni bir inkişaf mərhələsini yaşayır. Qeyd edək ki, Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara və mükafatlara layiq görülmüşdür. Onun hər bir uğuru Azərbaycanın nailiyyəti və yüksəkliyidir. O, 2004-cü ildən Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub-saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə, YUNESKO-nun Xoşməramlı Səfiri adını daşıyır. 2005-ci ildə Mehriban xanım Əliyeva “İlin Qadını” seçilib. 2005-ci ildə ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə, İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə, “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülməsi Onun dünya miqyasında əməllərinin, birmənalı olaraq, qiymətləndirilməsini əyani olaraq təsdiqləyir. Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə, Mehriban xanım Əliyeva Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edildi. Bir il sonra isə, Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə, Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edildi. Elə həmin il uğur Onu müşayiət etdiyindən, YUNESKO-nun “Qızıl Motsart” medalı Mehriban xanım Əliyevaya təqdim olundu. Mehriban xanım Əliyeva Türk Dünyası Mədəni İrsinin zəngin parçası olan Azərbaycan Türklərinin Maddi və Qeyri-Maddi Mədəniyyət Abidələrinin Qorunması və Təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ın “Türk dünyasına xidmət” mükafatına layiq görülüb. Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə, “Heydər Əliyev Mükafatı” ilə təltif edilib. Bütün bunlar Mehriban xanımın Azərbaycan xalqı qarşısında xidmətlərinə olan mükafat və qiymətdir. Türkiyənin nüfuzlu iqtisadiyyat və iş dünyası nəşri olan “Ekovitrin” jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycanın Birinci Xanımı 2011-ci ilin yekunları üzrə “İlin Birinci Xanımı” nominasiyasının qalibi oldu. “İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru” Diplomu və Xatirə nişanı ilə təltif edildi. Onu da vurğulayaq ki, ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülmüşdü. Daha sonra “İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru” Diplomu və Xatirə nişanı ilə təltif edilib.

Fəaliyyəti dövründə əldə etdiyi bu nailiyyətlər, fondun qeyri-hökumət təşkilatı olaraq, həyata keçirdiyi layihələri ilə təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə, böyük nüfuz qazandığını göstərir. İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Mehriban Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir. Göründüyü kimi, dünyanın bütün ölkələrində fondun Azərbaycan həqiqətlərinin təqdimi istiqamətində gördüyü işlərə münasibət yüksəkdir. Dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də, elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir. Bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi də elə gördüyü işlərin nəticəsidir. Mehriban xanım Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə, Moskvanın və bütün Rusiyanın patriarxı Kirill təltif edib. Bu yüksək ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər. Mərasimdə çıxış edən Mehriban xanım Əliyeva bildirib ki, Azərbaycan öz köklərinə, öz ənənələrinə və öz tarixinə çox hörmət edən ölkədir.Azərbaycanın çiçəklənməsinin və beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Mehriban Əliyevanın gələcək fəaliyyətinin əsasında da qeyd etdiyimiz məsələlərin daha da geniş bir planda və layihələr əsasında həyata keçirilməsi dayanır.Ölkəmizdə müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub.
Yeri gəlmişkən, sadalanan işlərin görüldüyü hər bir sahə Azərbaycanın bu günü və gələcəyi üçün aktuallıq kəsb etdiyindən onlar haqqında qısa danışmaq da olmur. Bu mənada, Azərbaycan cəmiyyəti üçün həyati əhəmiyyət daşıyan, Mehriban xanım Əliyevanın fəaliyyət istiqamətlərindən biri olan Xeyriyyəçilikdən bəhs etmək daha məqsədəuyğun olardı. Təbii ki, xeyriyyəçilik fəaliyyətində sui-istifadə hallarına imkan verməyən və xeyriyyəçilik resurslarının artırılmasına stimul yaradan müfəssəl normativ-hüquqi bazanın yaradılması ilə yanaşı, bu istiqamətdə geniş və səmərəli maarifçilik, təbliğat işlərinin görülməsi də çox vacibdir. Çünki xeyriyyəçilik ideyaları insanların şüurunda dərin kök salmalıdır. Hər bir insan başqaları üçün ümumi rifah naminə xeyirxah işləri görəndə, bunu özünə və yaxınlarına etdiyini düşünməlidir.Tarixi həqiqətdir ki,vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir. Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.
Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Artıq 16 ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir.
Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. O cümlədən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır.Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində, Azərbaycanın sivilizasiyalararası dialoqda fəal iştirakı və rolu xüsusi bir yer tutur. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva bu mötəbər qurumun tribunasından Azərbaycanın üzləşdiyi çətinliklər, işğal faktı və işğal nəticəsində Azərbaycan mədəniyyətinə, milli-mənəvi abidələrinə dəyən zərərləri dünya ictimaiyyətinə çatdırır.Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur.Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu ölkədə elan edilən karantin müddətində "Biz birlikdə güclüyük” şüarı ilə xeyriyyə aksiyaları keçirdi. Bu aksiyalar çərçivəsində 200 mindən çox ailəyə ərzaq məhsullarından ibarət sovqatların paylanılması da bir daha fondun missiyasını nümayiş etdirmiş oldu.Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir.
Bu gün Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.Mehriban Əliyeva müasir xeyriyyəçilik institutunun əsasını qoyub.Mehriban Əliyeva müstəqil dövlətimizin inkişafına böyük töhfələr verən ictimai-siyasi xadimdir.
Azərbaycanda həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri də uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərilməsidir. Son illər həyata keçirilən tədbirlər içərisində böyüməkdə olan nəslə – körpə və kimsəsiz uşaqlara göstərilən yüksək səviyyəli qayğı böyük rəğbətlə qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin respublikamızda “Uşaq ili” elan edilməsi bu baxımdan böyük təqdirəlayiq bir addım idi. Həmin sərəncama əsasən, ölkəmizdə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanaraq həyata keçirilmişdir.Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır. Xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır. Bu, ilk növbədə, Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial problemlərin həlli və ölkəmizin dünya birliyindəki mövqelərinin möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır.2004-cü ilin sentyabrında 30-a yaxın uşaq evi və internat məktəbində tərbiyə alan kimsəsiz və istedadlı uşaqlar fond tərəfindən sevindirildi – Səttar Bəhlulzadə adına sərgi salonunda onların “Mən Azərbaycanı sevirəm” adlı sərgisi təşkil edildi. Elə həmin tədbirlə də uşaq evi və internat məktəblərinə qayğının təməli qoyuldu. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri cəmiyyətdə böyük rezonans doğurdu. Uşaq müəssisələri əsaslı təmir edildi, əlavə yardımçı binalar inşa olundu, paytaxtın bütün rayonlarındakı uşaq evləri və internatların hər birində yaşayış üçün rahat şərait yarandı. “Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” – deyən Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq evləri və internat məktəblərində yaşayan uşaqların dövlət müəssisələrindən kənar edilməsi və onlara alternativ qayğı proqramı hazırlandı, 2005-ci il iyunun 1-də fondda həmin layihənin - “Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi və alternativ qayğı” layihəsinin müzakirəsi keçirildi.Ölkəmizin gələcəyini sağlam ruhlu, təhsilli, savadlı uşaqlarda görən Mehriban xanım Əliyeva uşaqlarla görüşündə demişdir: “Bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Əlbəttə, bunun üçün bizim uşaqlar bu gün gərək çox yaxşı oxusunlar. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır. Ölkəmizin gələcəyini, sabahını siz—bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Ona görə bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır. Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız. Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız”.Uşaqların sağlamlığını öz fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın talassemiyalı uşaqlara diqqəti də özünü çox gözlətmədi. Fond 2005-ci ildən ölkədə bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə “Talassemiyasız həyat naminə” layihəsi həyata keçirməyə başladı. Bu layihə həmin xəstəlikdən əziyyət çəkənlər və onların doğmaları üçün böyük mənəvi dəstək oldu. Proqram çərçivəsində Bakıda tikilən Talassemiya Mərkəzi isə hemofiliyalı insanların böyük ümid yerinə çevrildi. Mərkəzin açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı bu sahəyə verilən önəmin daha bir göstəricisi idi. 12 otaqdan ibarət klinika, xəstələrə qanköçürmə əməliyyatı aparılan zal, laboratoriya və digər zəruri şöbələrə malik mərkəz beynəlxalq standartlara tam cavab verir. Burada quraşdırılan ən müasir tibbi avdanlıq müalicənin yüksək səviyyədə aparılmasına şərait yaradır... Hazırda talassemiyalı xəstələr var ki, 60 faizi bu səhiyyə ocağında daimi müalicə olunur. Talassemiya Mərkəzi gün ərzində 30-40 xəstə qəbul edir.Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyevanın hər il Yeni il şənliyini “Buta” sarayında uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilərlə birgə keçirmələri artıq ənənə halını alıb. Üç gün davam edən bayram şənliyində 2 mindən çox uşaq və məktəbli iştirak edir.Heydər Əliyev Fondu və onun prezidenti insanların zehninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək fədakarlığı ilə tək Azərbaycana deyil, bütün dünyaya son dərəcə gözəl bir nümunə – mərhəmət və humanistlik nümunəsi sərgiləyir.Mehriban Əliyeva müstəqil dövlətimizin inkişafına böyük töhfələr verən ictimai-siyasi xadimdir.
Mən Fərid Şərifov Azərbaycanla, Dövlətimlə, Prezident İlham Əliyevlə və Vitse Prezident Mehriban Xanım Əliyeva İlə Fəxr Edirəm.Allah Qorusun Prezident İlham Əliyevi və Vitse Prezident Mehriban Xanım Əliyevanı.Azərbaycan, Ölkəmiz Prezident İlham Əliyevlə və Vitse Prezident Mehriban Xanım Əliyeva İlə Hər Zaman İnkişaf Edir, Hər Zaman Ucalır və Hər Zaman Zirvələrdədir.Hər Zaman Varolsunlar Prezident İlham Əliyev və Vitse Prezident Mehriban Xanım Əliyeva.Azərbaycan Güclü Dövlətdir.Azərbaycanın Prezident İlham Əliyev kimi Güclü Prezidenti Var və Mehriban Xanım Əliyeva Kimi Güclü Vitse Prezidenti Var.Eşq Olsun Azərbaycana.Yaşasın Azərbaycan.Eşq Olsun Prezident İlham Əliyevə və Vitse Prezident Mehriban Xanım Əliyevaya.Mən Fəxr Edirəmki İlham Əliyev kimi Prezidentim Var və Mehriban Xanım Əliyeva kimi Vitse Prezidentim Var.Mən Fəxr Edirəmki Mən Azərbaycanlıyam.

Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir.Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır

Mən Fərid Şərifov Azərbaycana və Heydər Əliyev Siyasətinə Xidmət Edirəm.Mən Fəxr Edirəmki Mən Azərbaycanlıyam.Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vitse Prezident Mehriban Xanım Əliyevanın Rəhbərlik Etdiyi Azərbaycan Dövlətinə Xidmət Edirəm.Allah Qorusun Azərbaycanımızı, Dövlətimizi.Allah Qorusun Dəyərli və Sevimli Prezidentim İlham Əliyevi və Vitse Prezident Mehriban Xanım Əliyevanı.Hörmətlə Qeyd İctimai Birliyin Üzvü və Könüllsü, İrəli İctimai Birliyin Üzvü, İDEA İctimai Birliyin Könüllüsü, Davam Gənclər Hərəkatının Diplomatiya Klubunun Üzvü, Böyük Qayıdış Gənclər Təşkilatın Könüllüsü, Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyin Üzvü və Könüllüsü, Gənclər Və İdman Nazirliyin İdman Könüllüsü, Suraxanı Gənclər Evinin Üzvü, Sabunçu Gənclər Evinin Üzvü, Bakı Gənclər Mərkəzinin Tədbirlərində İştirakçı, Deputat Nigar Arpadarai Xanımın Tədbirlərində Könüllü, 1-ci Vitse Prezident Mehriban Xanım Əliyevanın Könüllülərində Könüllü, Azərbaycan Gənclik Platformasının Üzvü, Xətai Rayon İcra Hakimiyyətin Könüllüsü və YAP-ın Üzvü Fərid Şərifov