Kilian Mbappe tarixi rekorda imza atdı

Kilian Mbappe tarixi rekorda imza atdı
Fransa millisinin və İspaniyanın "Real” klubunun futbolçusu Kilian Mbappe tarixi rekorda imza atıb.
     "Report” xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu futbol tarixində "qol+ötürmə” sistemində 500 xal toplayan ən gənc oyunçu olub.
 

     O, bunu La Liqanın XXIII turunda "Atletiko”ya qarşı matçda (1:1) qol vurmaqla reallaşdırıb.

     Qeyd edək ki, bu yaşda Neymar 492, Lionel Messi 486, Kriştianu Ronaldu isə 302 xal toplamışdı.