Gürcüstanda zəlzələ baş verib
06-apr, 13:10 16 Gündəm / Dünya
Gürcüstanda 3.6 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri paytaxt Tbilisidən 12 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 24 kilometr dərinlikdə olub.
Hər hansı fəsad barədə məlumat verilməyib.
Təhsil - Səhiyyə
daha çoxprev
next