Premyer Liqa: “Kəpəz” “Zirə” ilə qarşılaşacaq


                Misli Premyer Liqasının XXXII turunda bu gün "Kəpəz” "Zirə” ilə qarşılaşacaq.
     Qaynarinfo-nun məlumatına görə, görüş Tovuz şəhər stadionunda, saat 19:00-da başlayacaq.

     Matçın baş hakimi Əliyar Ağayev olacaq. "Zirə” hazırda 61 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.

     Misli Premyer Liqası

     IV dövrə, XXXII tur

     26 aprel

     19:00. "Kəpəz” – "Zirə”
 

     Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.

     VAR: Rəvan Həmzəzadə.

     AVAR: Cəmil Quliyev.

     Hakim-inspektor: Rəhim Həsənov.

     AFFA nümayəndəsi: Namiq Əliyev.

     Tovuz şəhər stadionu

     Qeyd edək ki, turun ötən gün baş tutan "Turan Tovuz” - "Şamaxı” matçı 1:1 hesablı bərabərliklə bitib. XXXII tura aprelin 28-də yekun vurulacaq.