Azərbaycan millisi Latviyaya qarşı


                Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
     Qaynarinfo-nun məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gələcək.

    
Riqa şəhərindəki "Skonto" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

     Qarşılaşmanın baş hakimi maltalı Trustin Farruca Kann olacaq.

     Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.